Deyvis “Bavariya” ilə yola davam edəcək
04.02.2025 - 22:57
Deyvis “Bavariya” ilə yola davam edəcək

Almaniya Bundesliqası komandalarından “Bavariya” futbolçusu ilə müqaviləsini yeniləyib.

Apasport.az xəbər verir ki, Münhen təmsilçisi Alfonso Deyvislə razılığa gəlib.

Tərəflər arasında razılaşmaya əsasən, müdafiəçi ilə 2030-cu ilə qədər müqavilə imzalanıb.

Xatırladaq ki, 24 yaşlı futbolçunun mövsümün sonunda “Real Madrid”ə keçəcəyi bildirilirdi.

Qeyd edək ki, Deyvis bu mövsüm “Bavariya”nın heyətində çıxış etdiyi 25 rəsmi matçda 1 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

0