İtaliyalı sabiq futbolçu Paolo Di Kanio “İnter”in “Çelsi”dən icarəyə götürdüyü Romelu Lukaku barədə fikirlərini bölüşüb.
Apasport.az saytının məlumatına görə, “Latsio”, “Yuventus”, “Napoli” və “Milan”da çıxış etmiş di Kanio belçikalı forvardı top səviyyədə görmür.
O, oyunçunun “İnter”ə qayıtmaqla düzgün addım atdığını düşünür: “Romelu çox qol vurur, amma hər matça köklənmir. Biz onun 7 il Premyer Liqada oynadığını görmüşük. Gözəl futbolçudur, bəziləri onu çempion adlandırır. Mənim üçün keyfiyyətli oyunçudur, amma top səviyyəli hücumçu deyil. Kömək edə biləcəyi “İnter”ə qayıtdı. Yaxşı statistikası var, lakin Lukaku həlledici oyunlarda uğursuz çıxış edir”.
Qeyd edək ki, Romelu Lukaku karyerası ərzində həmçinin “Anderlext”, “Çelsi”, “Everton” və “Mançester Yunayted” kimi klublarda çıxış edib.
- Türkiyə futbolunda qalmaqal böyüyür – TFF-dən MHK açıqlaması
- "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı