Di Mariya qərarını verdi
18.05.2025 - 13:24

"Benfika"nın yarımmüdafiəçisi Anxel Di Mariya yayda komandanı tərk edəcək.
Apasport.az xəbər verir ki, bu barədə 37 yaşlı futbolçu sosial şəbəkə hesabında bildirib.
Ulduz oyunçu klublararası dünya çempionatı zamanı komandanın heyətində yer almayacaq.
Onun Lissabon kollektivi ilə müqavilə müddəti iyunun 30-da başa çatır.
Qeyd edək ki, Di Mariya cari mövsüm 39 oyun keçirib, 15 qol vurub və 10 məhsuldar ötürmə edib.
0
0