Dibala "Roma"da qalacaq?
26.05.2025 - 08:16

"Roma"nın hücumçusu Paulo Dibala yaxın gələcək üçün planlarından danışıb.
Apasport.az xəbər verir ki, argentinalı zədə səbəbindən mövsümün sonunu buraxıb.
Cari mövsümdə mətbuatda “qurdlar”la müqaviləsi gələn il başa çatacaq forvardın mümkün gedişi ilə bağlı məlumatlar yayılıb.
31 yaşlı hücumçu isə İtaliyada qalmaq istədiyini bildirib:
"Roma"da qalmaq istərdim. Klub da istəsə, burada çıxışımı davam etdirməkdən məmnun olaram. Klaudio Ranyerinin rəhbərliyi altında əldə etdiyimiz nəticələrlə qürur duyuruq".
Qeyd edək ki, “Roma” A Seriyasının turnir cədvəlini 5-ci pillədə başa vurub.
0
0