Dieqo Forlan tennis turnirində iştirak edəcək
22.10.2024 - 12:18
Dieqo Forlan tennis turnirində iştirak edəcək

Uruqvay millisinin sabiq üzvü Dieqo Forlan tennis turnirində iştirak edəcək.

Apasport.az xəbər verir ki, o, Montevideoda təşkil olunan “Çellencer” yarışına vəsiqə qazanıb.

İdmançı Federiko Korya ilə cütlükdə çıxış edəcək. 

Montevideodakı turnir gil üzərində keçiriləcək və noyabrın 11-də başlayacaq. 

Qeyd edək ki, Dieqo Forlan 2010-cu ildə Cənubi Afrika Respublikasında keçirilən Dünya çempionatının ən yaxşı oyunçusu, 2011-ci ildə Amerika kubokunun çempionu, iki dəfə “Qızıl buts”un qalibi olub.

0