"Dinamo" legioneri 12 milyon avroya sata bilər
26.06.2025 - 12:39

Moskva "Dinamo"su "Flamenqo" ilə kolumbiyalı yarımmüdafiəçi Xorxe Karraskalın transferi ilə bağlı danışıqları bərpa edib.
Apasport.az "sport-ekspress"ə istinadla xəbər verir ki, Braziliya klubu 27 yaşlı futbolçunun transferi üçün "ağ-göylər"ə 12 milyon avro təklif edir.
Karraskal müqavilə əsasında 2027-ci ilin ortalarına qədər "Dinamo"ya bağlıdır.
"Transfermarkt" kolumbiyalının bazar dəyərini 7 milyon avro olaraq qiymətləndirirlər. Ötən mövsüm Xorxe “ağ-göylər”in heyətində 35 oyun keçirib və 8 qol vurub və 5 məhsuldar ötürmə edib.
0
0