"Dinamo Zaqreb"in oyununu azərbaycanlı hakim idarə edəcək
10.09.2024 - 14:52
Azərbaycanın beynəlxalq dərəcəli voleybol hakimi Fuad Ağayev yeni mövsümdə qadınlar arasında keçiriləcək avrokubok oyununa təyinat alıb.
Apasport.az xəbər verir ki, o, Türkiyənin "Kuzeyboru" və Xorvatiyanın "Dinamo Zaqreb" komandaları arasında CEV kubokunun 1/16 final ilk qarşılaşmasını idarə edəcək.
Qarşılaşmanın digər hakimi Nikolaos Angelides (Yunanıstan) olacaq.
Qeyd edək ki, görüş noyabrın 5-də Aksaray idman kompleksində keçiriləcək.
- UEFA-dan bəyanat – Təhlükəsizliyə cavabdeh deyilik
- Gürcüstan Futbol Federasiyasına haker hücumu – “Fələstinə azadlıq”
- “Mançester Siti”yə qarşı sərt tələb – Klubun satılmasını istəyirlər
- Batumidə saxlanılan 16 “Beşiktaş” azarkeşi sərbəst buraxılıb
- Dünən Vinisius, bu gün Arda – Mourinyodan müzakirələrə cavab
0
0