Diomande qərarını verdi - PSJ-yə keçmək istəyir
29.06.2026 - 00:17
Diomande qərarını verdi - PSJ-yə keçmək istəyir

Yan Diomande karyerasını Fransada davam etdirməyə daha isti yanaşır.

Apasport.az xəbər verir ki, bu barədə "The Atlethic" nəşri məlumat yayıb.

“Leyptsiq”in 19 yaşlı cinah hücumçusu klubdan ayrılacağı halda PSJ-yə keçməyə üstünlük verir.

Fil Dişi Sahilindən olan futbolçu ilə bir neçə klub maraqlansa da, onun əsas seçimi Paris təmsilçisidir.

Diomande hücum xəttinin cinahlarında çıxış edir və hazırda Avropada ən çox diqqət çəkən gənc oyunçulardan sayılır.

Qeyd edək ki, futbolçunun “Leyptsiq”lə müqaviləsi 2030-cu ilin yayına qədərdir.