“Dortmund”da yeni müqavilə - RƏSMİ
21.03.2026 - 16:22
“Borussiya Dortmund” Emre Canın gələcəyi ilə bağlı qərar verib.
Apasport.az xəbər verir ki, Bundesliqa təmsilçisi 32 yaşlı yarımmüdafiəçi ilə yeni müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, Almaniya millisinin sabiq üzvü 2027-ci ilin yayına qədər bu komandanın şərəfini qoruyacaq.
Qeyd edək ki, Emre Can 2020-ci ildən “Dortmund”da çıxış edir.
0
0