
Daha əvvəl xəbər verdiyimiz kimi, Türkiyə Super Liqası təmsilçilərindən “Qalatasaray”, “Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyonu məhkəməyə verəcəyini açıqlamışdı.
Apasport.az xəbər verir ki, “cimbom”un sabiq futbolçusu Didye Droqba məsələ ilə bağlı fikirlərini bölüşüb.
Veteran forvard rəsmi X hesabından Mourinyonun irqçilik edəcək ən son insan olacağını bildirib.
“Joze Mourinyonu 20 ildir tanıyıram və belə bir irqçilik etdiyini düşünmürəm. Onun dedikləri çox səhv başa düşülüb. Mənim “atam” necə rasist ola bilər?!”
Qeyd edək ki, Droqba 2013-14-cü illərdə “Qalatasaray”ın uğurları üçün tər töküb.
- "Zibil kimi, zədəli futbolçular alıb "Beşiktaş"ı biabır etdiniz" - Sabiq prezidentdən şok iddialar
- Suarez Messinin yoxluğunu doldurdu - 1 qol, 3 məhsuldar ötürmə
- "Mançester Yunayted" "İnter"in ən yaxşı futbolçusunu almaq istəyir
- Günün canlı yayımlanacaq matçları bu kanallarda
- "Qalatasaray"lıları əsəbiləşdirən hərəkət: "Kasımpaşa" oyundan sonra... - VİDEO