2026-cı il dünya çempionatında təcrübəli futbolçular da diqqət mərkəzində olacaq.
Apasport.az xəbər verir ki, mundialda yaşı 40-dan yuxarı olan 7 futbolçu iştirak edəcək.
Siyahıda ən yaşlı oyunçu Şotlandiya millisinin qapıçısı Kreyq Qordondur. 43 yaşlı qolkiper 2026-cı il dünya çempionatının ən yaşlı futbolçusu olacaq.
40 yaşdan yuxarı futbolçular arasında Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo da var. 41 yaşlı hücumçu karyerasında 6-cı dəfə dünya çempionatında çıxış etməyə hazırlaşır.
Bundan başqa, Xorvatiya millisinin lideri Luka Modriç, Almaniya millisinin qapıçısı Manuel Noyer, Bosniya və Herseqovina yığmasının hücumçusu Edin Dzeko, Meksika millisinin qapıçısı Gilyermo Oçoa və Kabo-Verde yığmasının qapıçısı Vozinya da mundialın ən təcrübəli futbolçuları sırasında yer alıblar.
| Futbolçu | Ölkə | Yaş |
|---|---|---|
| Kreyq Qordon | Şotlandiya | 43 |
| Kriştiano Ronaldo | Portuqaliya | 41 |
| Luka Modriç | Xorvatiya | 40 |
| Manuel Noyer | Almaniya | 40 |
| Edin Dzeko | Bosniya və Herseqovina | 40 |
| Gilyermo Oçoa | Meksika | 40 |
| Vozinya | Kabo-Verde | 40 |
Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.