Duran Rusiya yolunda
02.02.2026 - 20:26
Duran Rusiya yolunda

"Fənərbaxça"nın hücumçusu Con Duran karyerasını Rusiya Premyer liqasında davam etdirəcək.

Apasport.az xəbər verir ki, "Zenit" müqavilə ilə "Əl-Nəsr"ə məxsus olan kolumbiyalı forvardın keçidini həll edib.

Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Sankt-Peterburq klubu 22 yaşlı futbolçunu 35 milyon avroluq satınalma bəndi ilə icarəyə götürəcək.

Qeyd edək ki, Con Duran mövsümün əvvəlindən "Fənərbaxça"da çıxış edir.