Duşan Tadiçin yeni komandası müəyyənləşib - Rəsmi
08.08.2025 - 17:40
Duşan Tadiçin yeni komandası müəyyənləşib - Rəsmi

Bu yay "Fənərbaxça"dan ayrılan Duşan Tadiçin yeni komandası müəyyənləşib.

Apasport.az xəbər verir ki, 36 yaşlı futbolçu karyerasını Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi "Əl-Vahda"da davam etdirəcək.

Bu barədə klub sosial şəbəkə hesabında video paylaşıb.

Adı "Atletiko" və "Ayaks"la hallanan serbiyalı futbolçunun yekun qərarı BƏƏ təmsilçisindən yana olub.

Qeyd edək ki, Tadiç karyerası ərzində "Voyvodina", "Qroningen", "Sauthempton", "Ayaks" kimi klublarda çıxış edib.