Ederson “Fənərbaxça” yolunda: İstanbula yola düşüb
02.09.2025 - 00:05
Ederson “Fənərbaxça” yolunda: İstanbula yola düşüb

“Fənərbaxça” daha bir futbolçunun keçidini reallaşdırmaq üzrədir.

Apasport.az xəbət verir ki, Türkiyə təmsilçisi Edersonu heyətinə qatmağa yaxındır.

Bunu insayder Yağız Sabuncuoğlu açıqlayıb. 

Onun sözlərinə görə, tərəflər arasında müqavilənin şərtləri razılaşdırılıb. Hazırda qolkiper İstanbula gəlmək üzrədir. O, təxminən 02:20-də Türkiyədə olacaq. 

Qeyd edək ki, qapıçının son klubu “Mançester Siti” olub.