Edersonun yaşıl meydanlara qayıdacağı vaxt bəlli oldu
08.10.2025 - 17:52
Edersonun yaşıl meydanlara qayıdacağı vaxt bəlli oldu

Braziliya milli komandasının düşərgəsində zədələnən “Fənərbaxça”nın qolkiperi Edersonun yaşıl meydanlara qayıdacağı tarix bəlli olub.

Apasport.az xəbər verir ki, bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

32 yaşlı qapıçının bərpa prosesi iki həftə davam edəcək.

Ederson Super Liqanın IX turunda keçiriləcək “Fatih Karagümrük” və UEFA Avropa Liqasının III turunda “Ştutqart”la oyunlarda komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, braziliyalı qolkiper bu mövsüm “sarı-lacivərdlilər”in heyətində 5 rəsmi matça çıxıb və onlardan ikisində qapısını toxunulmaz saxlamağı bacarıb.