“Əl-Əhli”dən vida paylaşımı: Mahrezlə yollar ayrıldı
04.07.2026 - 22:24
“Əl-Əhli” Riyad Mahrezlə yollarını ayırıb.
Apasport.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu əlcəzairli futbolçu ilə vidalaşıb.
Tərəflər arasında müqaviləyə xitam verilməsi ilə bağlı razılıq əldə olunub.
35 yaşlı vinger 2023-cü ilin yayında “Mançester Siti”dən “Əl-Əhli”yə keçmişdi. Mahrez Səudiyyə klubunda çıxış etdiyi müddətdə komandanın Asiya Çempionlar Liqasını qazanmasında rol oynayıb.
Qeyd edək ki, Mahrez daha əvvəl “Lester” və “Mançester Siti”də çıxış edib. O, Əlcəzair millisi ilə 2019-cu ildə Afrika Millətlər Kubokunun qalibi olub.
0
0