“Əl-Hilal” Neymarın əvəzləyicisini İngiltərədə tapdı
16.01.2025 - 19:21

Səudiyyə Ərəbistanı çempionatı komandalarından “Əl-Hilal” yayda heyətini gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, klub, “Liverpul” ilə mövsüm sonu müqaviləsi bitəcək Məhəmməd Salahı transfer etmək istəyir.
Səudiyyə Ərəbistanı təmsilçisi 32 yaşlı forvardı Neymarın əvəzləyicisi olaraq görür.
Misirli futbolçu da bu transferə müsbət yanaşır.
Qeyd edək ki, Salah bu mövsüm mersisaydlılarla çıxdığı 29 rəsmi matçda 21 qol, 17 assistlə yadda qalıb.
- "Milan" rəhbərliyi portuqallarla vidalaşır: Konseysao yolun sonunda
- "Fənərbaxça" tribunalarında xaos: Azarkeşin vəziyyəti pisləşdi - VİDEO
- Sabiq vitse-prezident: "Ali Koç dərhal istefa verməlidir"
- Diaz "Liverpul"dan ayrılır? - "Barselona", yoxsa Səudiyyə Ərəbistanı?
- Salah Premyer Liqada mövsümün antirekordunu təkrarlayıb
0
0