Hazırda karyerasını Fransanın “Monako” klubunda davam etdirən və müqavilə ilə “Beşiktaş”a məxsus olan Əl-Musratinin gələcəyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, Liviya millisinin üzvü yayda Super Liqa təmsilçisinə geri qayıdacaq.
Bu barədə Liqa 1 təmsilçisinin idman direktoru Tiaqo Skuro jurnalistlərə açıqlamasında məlumat verib. Klub rəsmisi futbolçunun komandada qalmayacağına dair qərarın həm Əl-Musratiyə, həm də “Beşiktaş” rəhbərliyinə bildirildiyini deyib.
Xatırladaq ki, “Monako” 29 yaşlı yarımmüdafiəçini qış transfer pəncərəsində “qara qartallar”dan 1 milyon avro qarşılığında mövsümün sonuna qədər icarəyə götürmüşdü.
Qeyd edək ki, Əl-Musrati Fransa klubunun heyətində 11 oyunda iştirak edib, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- "Mançester Yunayted"ə şərt qoyuldu: 125 MİLYON VER, TRANSFERİ TAMAMLA
- "Atletiko" Qrizmanna əvəzləyici tapdı: DORTMUNDDAN İSPANİYAYA
- "Alman maşını"na daha bir hücumçu: VLAHOVİÇ "BAVARİYA" YOLUNDA
- Nazir "Qalatasaray"ı fanat kimi təriflədi: CİDDİ ETİRAZA SƏBƏB OLDU
- "Qalatasaray"dan "Fənərbaxça"ya: "Hakimi birlikdə təyin etmisiniz?" - FOTO