"Əl-Nəsr" "Bavariya"nın futbolçusu ilə maraqlanır
08.08.2025 - 17:52

Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr" "Bavariya"nın futbolçusu Kinqsli Koman ilə maraqlanır.
Apasport.az xəbər verir ki, Pro Liqa təmsilçisi fransalını heyətinə qatmaq üçün Almaniya çempionu ilə rəsmi danışıqlara başlayıb.
29 yaşlı hücumçu yarımada təmsilçisinin transfer pəncərəsində prioritetidir.
Uğurlu Joao Feliks və İniqo Martinez cəhdindən sonra Səudiyyə klubu Fransa millisinin üzvünün də transferini tamamlayacağına inanır.
Qeyd edək ki, Kinqsli Koman başa çatan mövsümdə "Bavariya" forması ilə çıxdığı 41 matçda 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0