El-Şaaravinin yeni klubu bilindi – "Sabah"a gəlmədi
03.09.2026 - 11:45
“Roma”dan ayrılan Stefan El-Şaaravinin yeni klubu müəyyənləşib.
Apasport.az xəbər verir ki, azad agent statusunda olan italiyalı vinger “Cenoa” ilə anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
A Seriyası təmsilçisi 33 yaşlı futbolçu ilə 2027-ci il iyunun 30-dək müqavilə imzalayıb.
Onun adı bir müddət əvvəl Azərbaycanın “Sabah” klubu ilə də hallanırdı.
Qeyd edək ki, Stefan El-Şaaravi 2021-ci ilin yanvarından “Roma”nın formasını geyinirdi. İtaliya millisinin sabiq üzvü 2025/26 mövsümündə paytaxt klubunun heyətində 28 matça çıxaraq 2 qol vurub və 3 məhsuldar ötürmə edib.
0
0