Emrelidən möhtəşəm qol, "Nürnberq"dən qələbə - VİDEO
13.04.2025 - 01:40
Emrelidən möhtəşəm qol, "Nürnberq"dən qələbə - VİDEO

Futbol üzrə Almaniya 2-ci liqasında XXIX turun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, milli komandamızın üzvü Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" səfərdə "Kayzerslautern"in qonağı olub.

Görüş "Nürnberq"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Millimizin üzvü görüşün 68-ci dəqiqəsində baxımlı qola imza atıb. Hesabı 0:2 edən qolu vuran Mahir komandasının qələbəsində önəmli pay sahibi olub.

Bu nəticədən sonra xallarının sayını 44-ə yüksəldən "Nürnberq" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Oyunun icmalını təqdim edirik: