Erik Bayi yenidən La Liqada - RƏSMİ
19.08.2025 - 09:47

"Mançester Yunayted"in sabiq futbolçusu Erik Bayinin yeni klubu bəlli olub.
Apasport.az xəbər verir ki, o, karyerasını İspaniyada davam etdirəcək.
Futbolçu "Real Ovyedo" ilə müqavilə imzalayıb.
Bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
31 yaşlı müdafiəçi ilə 2 illik sözləşmə bağlanıb.
Qeyd edək ki, Erik "Mançester Yunayted", "Beşiktaş", "Marsel", "Espanyol" və "Vilyarreal" klublarının da formasını geyinib.
0
0