Eriksen Bundesliqa klubunda
10.09.2025 - 20:59
Eriksen Bundesliqa klubunda

Kristian Eriksenin taleyinə aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, o, karyerasını "Volfsburq"da davam etdirəcək.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Onun sözlərinə görə, 33 yaşlı oyunçu yeni klubu ilə 1 illik müqavilə imzalayacaq. Onun yaxın vaxtda tibbi müayinədən keçməsi gözlənilir.

Qeyd edək ki, Eriksenin son komandası "Mançester Yunayted" olub.