İdman şərhçisi və sabiq futbol hakimi Erman Toroğlu haqqında istintaq başladılıb.
Apasport.az xəbər verir ki, buna səbəb onun qatıldığı televiziya proqramında "Qalatasaray" prezidenti Dursun Özbek haqqında dediyi sözlər olub.
O, xalqı yanlış yönləndirmə iddiası ilə istintaqa cəlb olunub.
Toroğlu "Dursun Özbek federasiya prezidenti ilə gizli görüşündə "biz bu il çempion olmağa məcburuq, vəziyyət çox pisdir, bizə kömək ol" deyib" ifadəsini dilə gətirdiyi üçün hazırda araşdırma aparılır.
Türkiyəli şərhçi ölkə xaricinə çıxış qadağası və polis bölməsinə mütəmadi imza atmaq şərti ilə azadlığa buraxılıb.