“Espanyol”da yeni hücumçu
01.02.2026 - 13:52
"Espanyol" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, İspaniya təmsilçisi "Napoli"dən Siril Nqongeni rənglərinə bağlayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında icarə müqaviləsi imzalanıb. Sözləşmədə tam hüquqlu transfer bəndi də yer alıb.
Qeyd edək ki, hücumçu mövsümün ilk hissəsini "Torino"da icarədə keçirib.
0
0