Əsrin üçüncüsü – 600 qol
21.10.2022 - 12:38
Robert Levandovski karyerasında 600-cü qolu vurub.
Apasport.az saytının məlumatına görə, “Barselona”nın polşalı hücumçusunun yubileyi “Vilyarreal”la La Liqanın matçına təsadüf edib.
3:0 hesablı qələbəyə iki qolla töhfə verən forvard 600-ə çatıb. O, XXI əsrdə 600 qol vuran üçüncü futbolçudur.
Levandovskiyə qədər yalnız Kriştiano Ronaldo və Lionel Messi bunu bacarıb. Polşalı “Barselona”ya qədər vətənində “Delta”, “Zniç”, “Lex”, Almaniyada Dortmund “Borussiya”sı və “Bavariya”nın formasını geyinib.
Qeyd edək ki, Robert La Liqanın 10 oyununda 11 qol vurub.
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
- Braziliyada “10 nömrə”nin yeni sahibi: Neymardan ona keçdi
1
0