İngiltərə Premyer Liqası komandalarından “Everton”un yeni sahibinin adına aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, “Friendkin Group”a məxsus “Roundhouse Capital” Mersisayd təmsilçisinin 94 faiz hissəsini alıb.
Bildirilib ki, tərəflər arasında razılaşmaya əsasən, “Roundhouse Capital” 400 milyon avrodan çox məbləğ ödəməli olub.
Razılaşma sentyabr ayında gerçəkləşsə də, satışın rəsmiləşməsi üçün Premyer Liqanın təsdiqi gözlənilirdi.
“Friendkin Group” həmçinin İtaliya A Seriyası təmsilçilərindən “Roma”nın da sahibidir.
Qeyd edək ki, “Everton” daxili çempionatda 15-ci turdan sonra 15 xalla turnir cədvəlində 16-cı sırada qərarlaşıb.