Fati bu həftə tibbi müayinədən keçəcək
24.06.2025 - 13:52

"Barselona"nın vingeri Ansu Fati bu həftə tibbi müayinədən keçəcək.
Apasport.az insayder Fabritsio Romanoya istinadla xəbər verir ki, Fati icarə əsasında "Monako"ya keçməzdən əvvəl müayinə olunacaq.
Mənbənin sözlərinə görə, hazırda klublar Fatinin satın alma variantı ilə icarəyə verilməsi barədə razılaşınlar.
Müqavilənin tezliklə bağlanacağı gözlənilir.
2024/25 mövsümündə Fati bütün yarışlarda cəmi 11 matçda meydana çıxıb. 22 yaşlı ispaniyalının "Barselona" ilə müqaviləsi 2027-ci ilə qədərdir.
0
0