Fati motosikletçini vurdu
14.11.2022 - 17:36
“Barselona”nın futbolçusu Ansu Fati qəza törədib.
Apasport.az saytının məlumatına görə, İspaniya yığmasının hücumçusu avtomobili ilə motosikleti vurub.
Hadisə Barselonada baş verib. Fati avtomobilini park edərkən yaxınlığından keçən motosikletçiyə dəyib. Zərərçəkəndə sınıq aşkarlanıb. Onu xəstəxanaya qədər müşayiət edən 20 yaşlı futbolçu qarşıdakı bir həftə ərzində onun durumu ilə maraqlanacağını vəd edib.
Qeyd edək ki, Ansu İspaniya millisinin Qətərdəki DÇ-2022-də iştirak edəcək yekun heyətində yer alıb.
- İtalianodan Türkiyə etirafı: “Özümü 90-cı illərin İtaliyasında hiss edirəm”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Eriksen Almaniya klubundan ayrıldı - RƏSMİ
- Frankulinyonun "astarı üzündən baha gəldi" – “Trabzonspor” 25 milyon ödəyəcək
- “Barselona”nın 14 yaşlı yeni "qol maşını" – 30 oyunda 96 qol
0
0