Fatih Tekke bu transferdə israrlıdır: "Kopenhagen"dən "Trabzonspor"a
03.07.2025 - 19:14
Fatih Tekke bu transferdə israrlıdır:  "Kopenhagen"dən "Trabzonspor"a

Super Liqa təmsilçilərindən "Trabzonspor" "Kopenhagen"in 30 yaşlı oyunçusu Mohamed Elyunoussi üçün rəsmi danışıqlara başlayıb. 
 
Apasport.az xəbər verir ki, Fatih Tekke bu transferdə israrlıdır. 

"Trabzonspor" Norveç millisində də çıxış edən hücumameyilli futbolçunun transferini qısa zamanda yekunlaşdırmaq istəyir. 
 
2024-cü ildə "Sauzempton"dan "Kopenhagen"ə keçən forvardın Danimarka klubu ilə 2027-ci ilə qədər müqaviləsi var.

Təcrübəli hücumçu ötən mövsüm 48 matçda 11 qol vurub, 9 məhsuldar ötürmə edib.