Fatih Terimin yeni iş yeri rəsmiləşib
27.12.2024 - 10:41
Xəbər verdiyimiz kimi, türkiyəli mütəxəssis Fatih Terim Səudiyyə Ərəbistanında işləyəcək.
Apasport.az xəbər verir ki, 71 yaşlı məşqçi “Əl Şabab” klubu ilə razılaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
71 yaşlı mütəxəssislə 6 ay+1 illik müqavilə imzalanıb.
Karyerası ərzində “Fiorentina”, “Qalatasaray” kimi klublara rəhbərlik edən mütəxəssisin son ünvanı Yunanıstanda “Panatinaikos” olub.
- Türkiyə və İsrail azarkeşləri illər sonra yenidən bir stadionda
- Netanyahu hökumətinin “Qalatasaray” şikayətinə UEFA-dan cavab
- “Əl-Nəsr”dən qələbə, RONALDO 987-yə çatdı
- Sadio Manedən CAS-ın qərarına reaksiya: “Bu qələbə bütün Seneqal xalqınındır”
- “Tottenhem” 18 yaşlı istedadı ilə yeni müqavilə imzaladı - RƏSMİ
0
0