Fələstin FİFA-ya müraciət edib: "İsraillilər bizi təhdid edir"
26.09.2024 - 14:22
Fələstin FİFA-ya müraciət edib: "İsraillilər bizi təhdid edir"

Fələstin Futbol Federasiyası (PFA) futbol üzrə İsrail yığmasının beynəlxalq yarışlardan kənarlaşdırılmasını istəyir.

Apasport.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

PFA ötən ilin aprelində FIFA-ya yazılı müraciət edib və İsrailin təşkil etdiyi hücumlar nəticəsində Fələstində insan haqlarının pozulduğunu bildirib və İsrail çempionatında Fələstinə qarşı təxribatlar törədildiyini qeyd edib, irqçiliyə qarşı addımlar atılmasını istəyib. Eyni zamanda qurumun üzvlərinin FIFA-ya müraciəti səbəbindən İsrail nümayəndələri tərəfindən təhdid edildiklərini bildirib.

İsrail ötən ilin 7 oktyabrından Fələstinə hücumlar edir. Hadisələr nəticəsində 41 min 495 nəfər vəfat edib.

0