Felipe Melo “Fənərbaxça” kapitanını təbrik edib
20.08.2025 - 02:38
Felipe Melo “Fənərbaxça” kapitanını təbrik edib

“Qalatasaray”ın sabiq futbolçusu Felipe Melo maraqlı addımı ilə diqqət çəkib.

Apasport.az xəbər verir ki, braziliyalı oyunçu bu mövsüm “Fənərbaxça”nın birinci kapitanı təyin edilən Mert Hakan Yandaşı doğum günü münasibətilə təbrik edib.

Melo türkiyəli futbolçunun keçmiş fotosunu paylaşaraq yazıb:

“Fənərbaxça"ya böyük hörmətim var. Tarix boyunca rəqabətimiz hər zaman davam edəcək. Böyük bir Felipe Melo fanatı olduğunu öyrəndiyim ‘Fənərbaxça’ kapitanını doğum günü münasibətilə təbrik edirəm”.

Mert Hakan Yandaş isə öz növbəsində rəsmi sosial media hesabında həmin paylaşımı şərh edərək, qısa şəkildə “Fanatıyıq” ifadəsini yazıb.