Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları baş tutub.
Apasport.az xəbər verir ki, Türkiyə təmsilçisi "Fənərbaxça" doğma meydanda "Nottinqem Forest"i qəbul edib.
Qonaqlar rəqibini 3 cavabsız qolla məğlub edib - 3:0.
"Viktoriya" "Panatinaikos"la qarşılaşıb. 4 qolun vurulduğu matçda qalib müəyyənləşməyib - 2:2.
UEFA Avropa Liqası
Pley-off mərhələsi, ilk oyunlar
19 fevral
21:45. "Dinamo" (Xorvatiya) - "Genk" (Belçika) 1:3
21:45. PAOK (Yunanıstan) - "Selta" (İspaniya) 1:2
21:45. "Brann" (Norveç) - "Bolonya" (İtaliya) 0:1
21:45. "Fənərbaxça" (Türkiyə) - "Nottinqem Forest" (İngiltərə) 0:3
00:00. "Ludoqorets" (Bolqarıstan) - "Ferentsvaroş" (Macarıstan) 2:1
00:00. "Viktoriya" (Çexiya) - "Panatinaikos" (Yunanıstan) 2:2
00:00. "Lill" (Fransa) - "Srvena Zvezda" (Serbiya) 0:1
00:00. "Seltik" (Şotlandiya) - "Ştutqart" (Almaniya) 1:4
Qeyd edək ki, pley-off mərhələsinin cavab qarşılaşmaları fevralın 26-da baş tutacaq.