"Fənərbaxça" "Adidas"la 5 illik müqavilə imzalayıb
13.06.2025 - 15:44
"Fənərbaxça" "Adidas"la 5 illik müqavilə imzalayıb

Super Liqa təmsilçilərindən "Fənərbaxça" "Adidas"la 5 illik müqavilə imzalayıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Müqaviləyə bir sıra idman növləri - futbol, basketbol və voleybol daxil ediləcək.

Qeyd edək ki, "Adidas" daha əvvəl də "Fənərbaxça"nın forma sponsorluğunu öz üzərinə götürmüş və klub tarixinin mühüm dövrlərində "sarı-lacivərd" formalar istehsal etmişdi.