"Fənərbaxça" Amrabat üçün İtaliya klubuna rəsmi təklif göndərib
27.08.2024 - 15:18
Superliqa təmsilçilərindən "Fənərbaxça" yarımmüdafiə xəttini gücləndirmək üçün futbolçu axtarışlarını davam etdirir.
Apasport.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu yöndə gündəmdə olan adlardan biri də Sofyan Amrabatdır.
"Sarı-lacivərdlilər" Sofyan Amrabat üçün "Fiorentina"ya rəsmi təklif göndərib.
"Fənərbaxça" 28 yaşlı futbolçunu satın alma opsiyonu ilə icarəyə götürmək istəyir.
İtaliya komandasının prioriteti Amrabatı transfer haqqı ilə göndərməkdir. Tərəflər arasında danışıqlar davam edir.
- UEFA-dan bəyanat – Təhlükəsizliyə cavabdeh deyilik
- Gürcüstan Futbol Federasiyasına haker hücumu – “Fələstinə azadlıq”
- “Mançester Siti”yə qarşı sərt tələb – Klubun satılmasını istəyirlər
- Batumidə saxlanılan 16 “Beşiktaş” azarkeşi sərbəst buraxılıb
- Dünən Vinisius, bu gün Arda – Mourinyodan müzakirələrə cavab
0
0