"Fənərbaxça"-"Feyenoord" matçının təqvimi açıqlanıb
25.07.2025 - 19:54
"Fənərbaxça"-"Feyenoord" matçının təqvimi açıqlanıb

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Fənərbaxça" Niderland təmsilçisi "Feyenoord"la keçirəcəyi matçların təqvimi açıqlanıb.

Apasport.az xəbər verir ki, bu barədə UEFA məlumat yayıb. 

"Sarı-lacivərtli"lər ilk oyununu avqustun 6-sı Bakı vaxtilə 23:00-da səfərdə keçirəcək.

Cavab oyunu isə 12 avqust saat 21:00-da İstanbulda baş tutacaq.