“Fənərbaxça” İdman Direktoru ilə yollarını ayırdı
02.06.2025 - 21:52

Türkiyə Super Liqası təmsilçilərindən “Fənərbaxça” klubu İdman Direktoru Mario Branko ilə yollarını ayırıb.
Apasport.az xəbər verir ki, bu barədə “sarı-lacivərdlilər”in mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən, müqaviləyə xitam verilib.
Qeyd edək ki, Branko 2023-cü ildən etibarən bu vəzifədə çalışırdı.
0
0