"Fənərbaxça" ilə oyundan öncə "Ştutqart"da ciddi itki
08.10.2025 - 22:00
"Fənərbaxça" ilə oyundan öncə "Ştutqart"da ciddi itki

“Ştutqart”ın hücumçusu Ermedin Demiroviç sıradan çıxıb. 

Apasport.az “Bild”ə istinadla xəbər verir ki, zədələnən 27 yaşlı futbolçunun 2 ay müddətinə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

“Ştutqart” oktyabrın 23-də UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində “Fənərbaxça”nın qonağı olacaq. Zədə səbəbindən Demiroviçin bu oyunda meydana çıxmayacağı ehtimal olunur.

Bu mövsüm “Ştutqart”ın heyətində 10 matçda oynayan Ermedin Demiroviç 5 qol vurub və 1 qolun ötürməsini edib.