"Fənərbaxça" lotereya qazandı: Transfer qiyməti ilə tarixə düşəcək
10.07.2025 - 19:39
"Fənərbaxça" lotereya qazandı: Transfer qiyməti ilə tarixə düşəcək

Viktor Osimhenin transferini yekunlaşdıra bilməyən "Əl-Hilal"  yenidən diqqətini Yusif En-Nesriyə yönəldib.

Apasport.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi mərakeşli hücumçunu almaq üçün təklifini yeniləyib.

"Əl-Hilal" daha əvvəl En-Nesri üçün 30 milyon avro təklif etsə də, "Fənərbaxça"nın tələbi 40 milyon avro idi.

Digər tərəfdən "Əl-Hilal" En-Nesri ilə müqavilə bağlasa, "Fənərbaxça" yenidən Duşan Vlahoviçi hədəfə alacaq.

Qeyd edək ki, "Yuventus"un futbolçunun müqaviləsini qarşılıqlı olaraq ləğv etməyə hazır olduğu bildirilib.