"Fənərbaxça" ulduz futbolçu ilə yollarını ayırır
16.10.2025 - 14:33
"Fənərbaxça" ulduz futbolçu ilə yollarını ayırır

"Fənərbaxça" braziliyalı futbolçu Anderson Talişka ilə bağlı qərarını verib.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi mövsümün sonunda 31 yaşlı yarımmüdafiəçi ilə yollarını ayıracaq.

Klub rəhbərliyi Talişkanın maaş tələbləri və qeyri-sabit çıxışı səbəbindən onunla müqaviləni yeniləmək niyyətində deyil.

Onunla Braziliyanın bir neçə klubu maraqlanır və futbolçunun karyerasını vətənində davam etdirmək ehtimalı yüksəkdir.

Xatırladaq ki, Anderson ötən mövsümün qış fasiləsində "Əl-Nəssr"dən "Fənərbaxça"ya transfer olunmuşdu. O, cari mövsümdə İstanbul klubunun heyətində 12 oyuna çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.