“Fənərbaxça” və “Qalatasaray” istədi, İngiltərəyə qayıtdı
28.07.2025 - 15:52

“Bayer”in isveçrəli yarımmüdafiəçisi Qranit Cakanın yeni klubu müəyyənləşib.
Apasport.az xəbər verir ki, 32 yaşlı futbolçu yeni mövsümdən İngiltərə Premyer Liqası təmsilçisi “Sanderlend”in şərəfini qoruyacaq.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
“Bayer” ilə 20 milyonluq məbləğə razılaşan “Sanderlend” İsveçrə millisinin üzvü ilə 3 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, daha əvvəl futbolçunun adı “Qalatasaray” və “Fənərbaxça” ilə hallanırdı.
Xatırladaq ki, Qranit Caka 2016-2023-cü illərdə “Arsenal”ın şərəfini qoruyub.
0
0