"Fənərbaxça" "Zenit"lə qarşılaşacaq
17.10.2024 - 00:27
"Fənərbaxça" "Zenit"lə qarşılaşacaq

"Zenit" yoldaşlıq matçı keçirmək niyyətindədir.

Apasport.az xəbər verir ki, Rusiyaya tətbiq olunan sanksiya səbəbindən avrokuboklardan kənarda qalan klub beynəlxalq oyunda qüvvəsini sınamağı planlaşdırır.

Sankt-Peterburq təmsilçisi "Fənərbaxça" ilə qarşılaşmaq istəyir. Bu barədə klubun idarə heyətinin sədri Aleksandr Medvedev açıqlama verib. O, bildirib ki, görüş İstanbulda baş tutacaq:

"Fənərbaxça" ilə yoldaşlıq oyunu üçün apardığımız danışıqlar irəliləmə mərhələsindədir. Ümid edirəm ki, tezliklə matçını tarixini və vaxtını rəsmən açıqlaya biləcəyik. Qarşılaşma noyabrda milli komandaların oyunları üçün yaranan fasilədə İstanbulda baş tutacaq.

Mart ayındakı fasiləyə gəlincə, rəqiblər üçün bir neçə namizəd var. Amma hələlik onların adını çəkməyəcəyəm. Həmin klublar müxtəlif ölkələrdəndirlər".

0