"Fənərbaxça"da 4 ciddi itki
24.02.2026 - 15:46
"Fənərbaxça"nın zədəli futbolçularının durumuna aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
Çağlar Söyüncü, Anderson Talişka, Ceydon Ostervolde və Ederson "Kasımpaşa" ilə matçda xəsarət alıb. Futbolçular bu gün tibbi müayinədən keçiblər.
Söyüncünün sağ arxa əzələsində, Talişkanın isə sol arxa əzələsində qismən yırtıq yaranıb. Edersonun sol arxa əzələsində, Ostervoldenin sağ qasıq bölgəsində yüklənmə aşkarlanıb.
Futbolçuların müalicələrinə başlanıldığı qeyd olunub.
0
0