"Fənərbaxça"dan ayrıldı - YENİ KLUBU BƏLLİ OLDU
09.02.2026 - 18:45
“Fənərbaxça”dan ayrılan Con Duranın yeni klubu bəlli olub.
Apasport.az xəbər verir ki, 22 yaşlı forvard Rusiyanın “Zenit” klubuna transfer edilib.
Bu barədə Sankt-Peterburq təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, Kolumbiya millisinin üzvü mövsümün sonunadək icarə əsasında “Zenit”in şərəfini qoruyacaq. Klub bu keçid üçün futbolçunun məxsus olduğu “Əl-Nəsr”ə 2,75 milyon avro ödəyib.
Qeyd edək ki, mövsümün ilk hissəsini “Fənərbaxça”da keçirən Con Duran 21 rəsmi oyunda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0