“Fənərbaxça”dan “Kocaelispor”a
05.06.2025 - 12:58

"Fənərbaxça"nın futbolçusu Oqnen Mimoviç komandanı tərk edəcək.
Apasport.az xəbər verir ki, buna baxmayaraq, o, yeni mövsümə də Türkiyədə başlayacaq.
Futbolçu “Kocaelispor”da oynamağa yaxındır.
Müqavilə ilə “Fənərbaxça”ya məxsus olan vinger 1 illik icarəyə göndərilə bilər.
Qeyd edək ki, Mimoviçin İstanbul klubu ilə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir.
0
0