"Fənərbaxça"lıları həyəcanlandıran görüş: Aziz Yıldırım və Ali Koç
20.12.2024 - 10:33
Super Liqa təmsilçilərindən "Fənərbaxça"nın prezidenti Ali Koç və keçmiş prezident Aziz Yıldırım bir araya gəlib.
Apasport.az xəbər verir ki, bu barədə "sarı-lacivərdlilər"in rəsmi sosial media hesabında paylaşım edilib.
Görüşün cəmiyyətdə birlik və həmrəylik mühiti yaratmaq məqsədilə keçirildiyi bildirilib.
Yığıncaqda Ali Koç və Aziz Yıldırımla yanaşı, İdarə Heyətinin (İH) sədri, İH üzvləri və klubun baş katibi iştirak edib.
- Türkiyə və İsrail azarkeşləri illər sonra yenidən bir stadionda
- Netanyahu hökumətinin “Qalatasaray” şikayətinə UEFA-dan cavab
- “Əl-Nəsr”dən qələbə, RONALDO 987-yə çatdı
- Sadio Manedən CAS-ın qərarına reaksiya: “Bu qələbə bütün Seneqal xalqınındır”
- “Tottenhem” 18 yaşlı istedadı ilə yeni müqavilə imzaladı - RƏSMİ
0
0