Superliqa təmsilçilərindən "Fənərbaxça"nın 2022-ci ildə "Kalyari"dən heyətinə qatdığı, lakin gözlənilən performansı ala bilmədiyi üçün ötən yay icarə əsasında "Qremio"ya göndərdiyi Joao Pedrodan heç bir xəbərin olmadığı iddia edilib.
Apasport.az "Sabah"a istinadla xəbər verir ki, "sarı-lacivərdlilər"in Braziliya əsilli italyan futbolçu ilə əlaqəsi kəsilib.
32 yaşlı hücumçu ilə yeni mövsümdən etibarən əlaqə saxlamaq mümkün olmayıb.
İyulun 31-də “Qremio” ilə icarə müqaviləsi bitən Pedro “Fənərbaxça”ya qayıtmayıb və harada olduğu bilinmir.
Klub rəhbərliyi meneceri ilə əlaqə saxlayaraq futbolçunun vəziyyətini soruşduqda, onun menecerinin də Pedro ilə görüşə bilmədiyi məlum olub.
Belə ki, Joao daha əvvəl menecerinə zəng edərək, onunla yollarını ayırdığını bildirib.
"Fənərbaxça" hücumçunun vəziyyəti ilə bağlı hüquqi prosesə başlayacaq.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”