Türkiyə Super Liqası təmsilçilərindən "Fənərbaxça" növbəti dəfə etiraz edib.
Apasport.az xəbər verir ki, klub bu barədə sosial şəbəkə hesablarında bəyanat yayıb.
"Sarı-lacivərdlilər" "Qalatasaray"ın "Trabzonspor"la matçı barədə narazılıqlarını bildiriblər. Paylaşımda qeyd olunub ki, "Cimbom"un 2-ci qolundan öncə qeydə alınan cərimə zərbəsi doğru qərar deyil. Həmçinin "Fənərbaxça" tərəfi hakimin "sarı-qırmızılar"ın qapısına penalti təyin etməyə cəsarətinin olmadığını da qeyd edib.
Həmin bəyanatı diqqətinizə çatdırırıq:
"2024-25 sezonu manşeti: “TFF ilə düşmənik (?!)”
16-cı həftə "Qalatasaray" - "Trabzonspor" matçının icmalı:
- Cərimə zərbəsi uydurulmasa: 2-ci qolunuz yox!
- 88-ci dəqiqədə əleyhinə penalti verəcək cəsarət yox!
- Ofsayd yox sayılmasa, 4-cü qolun yox!
- Üç (3) sarı kartın verilməyib!
- Bir (1) qırmızı kartın verilməyib!
- Ədalətsizlikdən şikayət (!) edib, səs-küy salan rəhbərliyiniz var!
- Əcnəbi hakim təklifinə cavabınız yox!
Türk idman tarixinin ən böyük yalanı:
“Dursun Özbek: Mənim döyüşüm, Türkiyə futboluna hər kəs üçün ədaləti gətirməkdir".
Ədalət tələbiniz yoxdur, ayrı-seçkilik tələbiniz var!".