“Fənərbaxça”nın rəqibi baş məşqçisi ilə yollarını ayırdı - RƏSMİ
12.02.2026 - 09:54
"Fənərbaxça"nın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Nottingem Forest"də ayrılıq yaşanıb.
Apasport.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin baş məşqçisi Şoun Dayç komandanı tərk edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
54 yaşlı ingiltərəli mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasımda xitam verilib.
Qeyd edək ki, Şoun Dayç ötən ilin oktyabr ayında komandanın baş məşqçi vəzifəsinə gətirilmişdi.
0
0